Türkiyənin Baş Ombudsmanı “Türk Şəhidliyi” abidəsini ziyarət edib - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər.
BAKU.WS xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önünə tər güllər qoyduqdan sonra Dağüstü parkdan Bakının mənzərəsini seyr edib.
Daha sonra qonaqlar Türk şəhidliyi abidəsi önünə əklil qoyublar.
Qeyd edək ki, Ombudsman Səbinə Əliyevanın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, təşkilatın Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Pakistan Ombudsmanının müşaviri Muhammad Javed Ghani Azərbaycana səfərə gəlib.
Xatırladaq ki, İƏT və Pakistan Ombudsman nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib. 14-19 sentyabr tarixlərini əhatə edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub.
Qalereya
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...