Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşüb
02
mar
2026
13:39
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 2-də bp şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan ilə bp arasında formalaşmış uzunmüddətli qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib.
BP-nin Azərbaycanda reallaşdırdığı layihələrin önəmi qeyd olunub, eyni zamanda ikitərəfli əməkdaşlığın gündəliyində duran perspektivli layihələr nəzərdən keçirilib.
Oxşar xəbərlər
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə gö...