SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi, polis polkovniki Samir Həsənov sərəncama göndərilib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, S.Həsənov bir müddət idi, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsini icra edirdi.

Daha öncə isə o, Bakı şəhər Nərimanov rayon Polis İdarəsində işləyib.

BAKU.WS