SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

Bu gündən Azərbaycanda yaşayış yerini tərk etmək üçün tətbiq edilən icazə sistemi ləğv edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/109069

Sabah axşam saatlarından etibarən Bakıda hava kəskin dəyişəcək. Bu günlərdə yol hərəkəti iştirakçıları xüsusi olaraq diqqətli olmalıdırlar.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/109085

Azərbaycanda bu gündən insanların koronavirusa qarşı vaksinasiyasına start verilir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/109089

Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanda COVID-19-a qarşı vaksinasiyaya başlanılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/109094

Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi gözlənilir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/gismeteo/109096

"Biz 2020-ci il sentyabr ayının 15-dən tədris prosesinin hibrid formasında təşkili ilə tanışıq. Bundan əlavə, Dövlət İmtahan Mərkəzi (DİM) 2020-ci ildə qəbul və buraxılış imtahanlarını keçirdi. Bu prosesdə 250 min insan iştirak etsə də, bir nəfər də olsun yoluxma halı qeydə alınmadı. Lakin sentyabrın 15-dən orta məktəblərdəki vəziyyətə diqqət etsək, bir aya yaxın məktəblərdə təhsil davam etsə də, təəssüflər olsun, 60-dan yuxarı yoluxma faktı qeydə alındı. Bu, onu göstərir ki, problem tədrisin təşkilindədir".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/109100

Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/mdniyyt/109116

Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/109126

“Ölkəmizin inkişafı üçün yeni bir dövr başlayıb. Bütün bu amillər ola-ola bu gün biz azad edilmiş torpaqlara qayıdaraq, o torpaqların potensialından istifadə edəcəyik. Orada çox böyük potensial - bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. Yəni, bu bölgələr bir çoxlarının fikrinə görə, növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək”.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/109125

Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin “sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/109129

BAKU.WS