SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan Prezidenti Serj Sarkisyan ölkənin müdafiə nazirinin müavini, maddi-texniki təminata cavabdeh olan Alik Mirzabekyanın vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.
 
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bundan başqa, Müdafiə Nazirliyinin Rabitə xidmətinin rəisi general-mayor Komitas Muradyan vəzifəsindən azad edilib. Həmçinin S.Sarkisyan general-mayor Arşak Karapetyanı Baş Qərargahın Kəşfiyyat idarəsinin rəisi vəzifəsindən uzaqlaşdırıb.
 
BAKU.WS