SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 23 aprel Milli Suverenlik və Uşaq Bayramı ilə əlaqədar olaraq bütün ökələrdən gələn uşaqları qəbul edib.

BAKU.WS məlumat verir ki, uşaqlar Ərdoğanla prezident sarayında görüşüblər. Uşaqlar, ölkə rəsmiləri görüşdən sonra mərasimə sarayın həyətində ağac əkməklə başlayıblar. 

Mərasimdə 25 ölkədən 330-dan çox uşaq qatılıb. Mərasimdə bir neçə dövlət rəsmisi, Türkiyənin birinci xanımı Əminə Ərdoğan da iştirak edib.
 
Tədbirdə iştirak edən azərbaycanlı uşağın Bəxtiyar Vahabzadənin "Türkiyə-Azərbaycan" şeirini səsləndirməsi mərasimdə iştirak edən hər kəsi kövrəldib.
 
Daha sonra ölkə başçısı səhnəyə çıxaraq bütün uşaqların bayramını təbrik edib: 

"Şeiri ilə bizləri duyğulandıran azərbaycanlı övladlarımızın, bizə gözəl anlar yaşadan digər övladlarımızın gözlərindən öpürəm. Mənim 5 nəvəm var. Onları qucaqlayanda nə hiss edirəmsə, hər bir uşaq üçün eynisini hiss edirəm". 
 
BAKU.WS