Lavrov: “Qarabağda sülhün bərpasında Moskva ilə Bakının mövqeləri üst-üstə düşür”

Rusiya Federasiyası ilə Azərbaycanın Qarabağda konfessiyalararası sülhün bərpası zərurəti ilə mövqeyi tamamilə üst-üstə düşür.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında deyib.
“Əsas nəticə budur ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabrda əldə etdikləri razılaşmanın aktuallığı və alternativsizliyi tamamilə təsdiqlənib. Razılaşma Dağlıq Qarabağda qan tökülməsini dayandırdı. Azərbaycan Prezidenti bu gün birgə üçtərəfli bəyanatın bütün elementlərinin ardıcıl və vicdanla həyata keçirilməsinin zəruriliyinə xüsusi diqqət yetirdi” - deyə, o bildirib.
Nazir həmçinin bildirib ki, təmsil etdiyi ölkə beynəlxalq təşkilatların Dağlıq Qarabağdakı humanitar problemlərin nizamlanmasına fəal cəlb olunmasında maraqlıdır.
Oxşar xəbərlər
İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib - TAM MƏTN - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. BAKU.WS AZƏRTAC-a istina...
