VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.
 
BAKU.WS-in məlumatına görə, iclasda təşkilatı məsələlərə - MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb. Məzahir Pənahov yenidən MSK sədri seçilib. Natiq Məmmədov isə MSK sədrinin müavini, Mikayıl Rəhimov və Arifə Muxtarova MSK-nın katibi seçiliblər.
 
Qeyd edək ki, bu gün Milli Məclisdə Mərkəzi Seçki Komitəsinin tərkibi yenidən formalaşdırılıb. Partiyaların təqdim etdiyi namizədlərin üzvlüyü səsə qoyularaq qəbul edilib. 
 
BAKU.WS