MN: Ermənistan Qəbələ, Kürdəmir və Siyəzənə raketlər atıb

MN: Ermənistan Qəbələ, Kürdəmir və Siyəzənə raketlər atıb
Siyasət 3197

Oktyabrın 22-də səhər saatlarında Azərbaycan ərazisi Ermənistan ərazisindən əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə məlumat verilib.

Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Düşmənin raket hücumu zamanı tələfat olmayıb.

Son xəbərlər