SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta “Telegram” kanalı və “Instagram” hesabı açılıb.

Bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

Qeyd edilib ki, vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin saxta kanala (https://t.me/azerbaycan_mudafie_nazirliyi) və hesaba (https://www.instagram.com/mudafie.nazirliyi) istinad etməməyə çağırırıq.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Telegram” kanalı və “Instagram” hesabı bu linklərdədir:

https://t.me/Azerbaijan_MOD 

https://www.instagram.com/azerbaijan_mod 

BAKU.WS