Vaqif Mustafazadənin anadan olmasının 85 illiyinə həsr olunmuş möhtəşəm yubiley konserti keçiriləcək
16 mart tarixində Heydər Əliyev Sarayında Azərbaycanın əməkdar artisti, böyük caz pianisti və bəstəkarı, Vaqif Mustafazadənin anadan olmasının 85 illiyinə həsr olunmuş möhtəşəm yubiley konserti keçiriləcək.
Azərbaycan cazının banisi olan Mustafazadə musiqi dünyasında unudulmaz iz qoyub. Onun Şərq və Qərb motivlərinin toxunduğu bənzərsiz musiqisi dünyada dinləyiciləri ilhamlandırmağa davam edir.
Həmçinin səhnədə onun qızı, istedadlı caz ifaçısı, Azərbaycanın xalq artisti Azizə Mustafazadə və nəvəsi Ramiz Xan və digər qonaqlar çıxış edəcəklər.
Cazın sehrinə qapılmaq üçün biletləri iticket.az səhivəsindən əldə edə bilərsiniz.
Oxşar xəbərlər
Allahverdi İsrafilov: "Əsas hədəf azərbaycanlı artistləri dünyada tanıtmaqdır"
"Bu layihə yalnız əyləncə xarakteri daşımır, həm də yerli sirk sənətinin dirçəldilməsi üçün strateji əhəmiyyət kəsb edir. Əsas hədəf milli ənənələri qoruyaraq a...