"Nur Zəfəri" sənədli filmi: Azərbaycan energetikasının tarixi İNKİŞAF YOLU
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Prezident İlham Əliyevin son 20 illik fəaliyyəti nəticəsində elektroenergetika sahəsində əldə olunan nailiyyətlərə həsr edilmiş "Nur Zəfəri" adlı sənədli film hazırlanıb.
BAKU.WS xəbər verir ki, film "AzərEnerji" ASC-nin sifarişi ilə ərsəyə gətirilsə də, təkcə enerjinin istehsalı və ötürülməsi sahəsi ilə yekunlaşmayıb, eyni zamanda bütövlükdə paylayıcı şəbəkənin inkişafı, beynəlxalq enerji layihələri, eləcə də yaşıl enerji sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərlə əhatə olunub.
Filmdə Prezident İlham Əliyevin düşünülmüş və ardıcıl enerji strategiyası bütöv şəkildə təqdim edilib. Vurğulanıb ki, dövlət başçısının rəhbərliyi dövründə elektroenergetika sahəsi təkcə bərpa olunmayıb, həm də əsaslı şəkildə yenidən qurularaq müasir, dayanıqlı və innovativ enerji sisteminə çevrilib.
Sözügedən sənədli filmi təqdim edirik:
Oxşar xəbərlər
Allahverdi İsrafilov: "Əsas hədəf azərbaycanlı artistləri dünyada tanıtmaqdır"
"Bu layihə yalnız əyləncə xarakteri daşımır, həm də yerli sirk sənətinin dirçəldilməsi üçün strateji əhəmiyyət kəsb edir. Əsas hədəf milli ənənələri qoruyaraq a...