Dövlət Turizm Agentliyinə yeni səlahiyyət verilib

Dövlət Turizm Agentliyinə yeni səlahiyyət verilib
Mədəniyyət 716
Dövlət Turizm Agentliyinə qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrini pasportlaşdırmaq səlahiyyəti verilib. ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında fərmanında öz əksini tapıb.Fərmana yeni əlavə edilən 3.0.45-1-ci yarımbəndinə əsasən, Dövlət Turizm Agentliyinin vəzifələri sırasına qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrini siyahıya və dövlət qeydiyyatına almaq, pasportlaşdırılmasını həyata keçirmək aid edilib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər