Aleksandr Dümanın baş çəkdiyi Qubanın tarixi abidəsi: "Hündür günbəzli hamam"
Quba şəhərində yerləşən "Hündür günbəzli hamam" XIX əsrə aid nadir memarlıq nümunələrindən biridir.
BAKU.WS PhotoStock.az-a istinadən xəbər verir ki, el arasında bəzən "Çuxur hamam", "Bəkir hamamı" və "Məşədi Əlimərdan hamamı" adlandırılan abidənin dəqiq tikilmə tarixi 1897-ci il olaraq göstərilir.
Abidədə bərpa işləri aparılan zaman tikilinin ilkin görkəmi və plan quruluşu saxlanılaraq müasir dövrdə istifadə üçün uyğunlaşdırılıb. Hamam haqqında qeyd olunan məlumatlara əsasən, fransız yazıçısı Aleksandr Düma Qafqaza səfəri zamanı bu hamamdan istifadə edib.
Yerli sakinlərin sözlərinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı insanları bu hamamın buxarında boğublar.
Hamamın bərpası 2017-2018-ci illərdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi, Mədəniyyət Nazirliyi və nazirliyin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilib.
Təmir-bərpa işləri çərçivəsində iki günbəz və doqquz hücrədən ibarət olan qədim tikilinin fasadı tamamilə yenilənib, dam örtüyü dəyişdirilib.
Bişmiş qırmızı kərpicdən tikilən hamam binasının bərpası zamanı o dövrün memarlıq ənənələrindən istifadə edilib. Bununla yanaşı, təmir prosesində hamamın iç divarlarındakı müxtəlif naxış və ornamentlər də qorunub saxlanılıb.
XIX əsrə aid nadir memarlıq nümunəsi olan "Hündür günbəzli hamam"dan fotoreportajı təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar başlayıb
Mayın 14-15-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək. BAKU.WS "Report...