SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Xalq artisti Boris Klyuyev vəfat edib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Kiçik teatr”ın mətbuat xidməti məlumat yayıb.

1944-cü ildə anadan olmuş aktyorun atası mədəniyyət işçisi, anası isə mühasib olub.

Karyerası ərzində bir çox teatr tamaşalarında və filmlərdə rol almış Klyuyev 2002-ci ildə Rusiyanın Xalq artisti adı ilə təltif edilib.

Xüsusilə “Voroninlər” serialındakı Nikolay Petroviç obrazı ilə məşhurlaşan aktyor son iki ildə ağciyər xərçəngindən əziyyət çəkirdi.

BAKU.WS