SİZİN REKLAM BURADA!
055 213 76 73


Hər divarından, hər daşındantarixi qoxusu gəlir. Bura tarixi təxminən 4-5 ci əsrə aid olan alban məbədidir.

BAKU.WS
Xəzər TV-yə istinadən xəbər verir ki, Zaqatalanın mərkəzində, qədim Meydan ərazisində yerləşən Alban kilsəsinin restavrasiyaya ehtiyacı var.

Tarixçilər bildirirlər ki, məbədin dəqiq hansı tarixə aid olmasıda mübahisəli məsələlərdəndir.

Yerli imkanlar hesabına abidənin qorunması və təmizliyinə nəzarət edilsədə, görünür bunlar abidənin qorunub saxlanılması üçün kifayət deyil.

Ölkədə turizmin inkişaf mərhələsində olduğu bir vaxtdabu abidənin bərpası rayonun türizm imkanlarını daha da genişləndirər.

Məsələ ilşə bağlı Mədəniyyət Nazirliyindən bildirildi ki, tarixi abidələrin qorunması və bərpası ilə bağlı geniş tədbirlər planı hazırlanıb ki həminabidənin bərpası da burada əksini tapıb.

Önümüzdəki 2 il ərzində bu məbəd də dail olmaqla təmir və bərtpaya ehtiyac olan bir sıra abidələrlə bağlı müğvafiq addımlar atılacaq.
BAKU.WS
VİDEO