Azərbaycanlı sənətçidən Türkiyə ilə qardaşlığın bəstəsi - VİDEO
Azərbaycanın əməkdar artisti, pianoçu, dirijor və bəstəkar Turan Manafzadə ölkəmizin Türkiyə ilə qardaşlığı, ortaq mübarizə yolundan bəhs edən əsərlərin müəllifi kimi tanınır.
O, Ankarada verəcəyi konsertdə sənətsevərlər üçün yaradıcılığından bir sıra nümunələri səsləndirəcək.
Azərbaycanı dünya səhnəsində təmsil edən ən gənc qadın dirijor olan Manafzadə türkiyəli tamaşaçılara “Türkiyə 100” adlı əsərini təqdim edəcək. Həmçinin, konsert zamanı bəstəkarın 6 fevral Kahramanmaraş zəlzələsinə həsr olunmuş əsəri də ifa olunacaq.
“Türkiyə 100” əsərini fevralın 4-də, dəhşətli zəlzələdən iki gün əvvəl bəstələmişdim. Bu əsərdə ortaq hislərimiz, Türkiyə Cümhuriyyəti ilə bağlı xoş arzu və diləklərim əks olunub”, - deyə T. Manafzadə bildirib.
Qeyd edək ki, Amerika və Avropada da konsertlər verəcək musiqiçi iyunun 6-da Ankarada sənətsevərlər qarşısında xüsusi proqramla çıxış edəcək.
Mənbə: Haber Global
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...