SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Xalq Artisti Natəvan Şeyxovanın 78 yaşı tamam olur. 

BAKU.WS xəbər verir ki, Natəvan Şua qızı Şeyxova 1945-ci ilin məhs bu günü yəni, martın 18-i Bakıda anadan olub. 

Natəvan 1963-1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında “Solo oxuma” kafedrasında təhsil alıb.

1994-cü ildən “Solo oxuma” kafedrasının dosentidir. Həmin ildəndə BMA-da vokal kafedrasında çalışır.

Natəvan Şeyxova özünü aktrisa kimi də sınayıb. O, "Onun böyük ürəyi" filmində Lalə obrazını yaradıb. 

Sənətçi 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, 2006-cı ildə Xalq Artisti adına layiq görülüb. 

Xalq Artisti 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 

Natəvan Şeyxova aktyor Ramiz Şeyxovun bacısı, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadənin isə həyat yoldaşıdır.

BAKU.WS