SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Yalçın Rzazadənin oğlu Orxan Rzazadə atasının son saatları haqqında danışıb.

Xalq artistinin oğlu Orxan Rzazadə Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

"Atam ötən gün saat 17:00-da rəhmətə getdi. Vəziyyəti son günlər yaxşı deyildi. Son üç gündə danışa bilmirdi. Dünən gücünü topladı və üç qardaş bizi bir yerdə görəndə dedi ki, necə xoşbəxtəm..."

Xalq artistinin oğlu Yalçın Rzazadənin sənət dostlarından da danışıb:

"Yalçın müəllimlə əlaqə saxlayırdılar. Aktyor Ədalət Şükürov tez-tez mənə zəng edib maraqlanırdı".

Qeyd edək ki, Yalçın Rzazadə 74 yaşında dünyasını dəyişib.

BAKU.WS