12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin növbəti efir günü baş tutub. 

BAKU.WS-in məlumatına görə, “Hind kinosu” adlanan yarışma 5 iştirakçının mübarizəsi ilə davam edir. Bu dəfə iştirakçılar Səmra Rəhimlini SMS səsverməsinə çıxarıblar.

Səmra Rəhimli hədəfinin kim olduğunu açıqlamayıb. O, hələlik hədəfini müəyyənləşdirmədiyini bildirib. 

Efirə verilən sujetdən isə bəlli oldu ki, Səmra hədəfini açıqlamayacağı təqdirdə digər iştirakçılar ona qarşı birləşəcəklər. Həmçinin sujetdən aydın oldu ki, Səmranın səsverməyə çıxarılmasını Sərxan Kərəmoğlu tövsiyə edib. Razılaşmaya əsasən, səsverməyə çıxarılan səxs qalib olacağı təqdirdə Sərxan Kərəmoğluna toxunmayacaq.

Çox maraqlıdır ki, bütün iştirkaçılar tribunaya çıxacaqları təqdirdə Sərxana toxunmayacaqlarını bildiriblər. Şübhələr isə əksinə ona yönəlmişdi.

Amma canlı yayım ərəfəsində Səmranın Xose Bernardo ilə qısa söz atışması hədəfi ondan yayındırdı. 79,06 faiz səs toplayan Səmra Rəhimli məhz Xose Bernardonu şoudan kənarlaşdırdı. Beləliklə maşın onun üçün əldən getdi.

Xatırladaq ki, yarışmada Ranar Musayev (aparıcı), Xəyalə Quliyeva (aktrisa), Sərxan Kərəmoğlu (aktyor), Səmra Rəhimli (müğənni) mübarizə aparır.

BAKU.WS