SİZİN REKLAM BURADA!
055 213 76 73


 Ərəb şeyxləri yenidən Azərbaycana ova gəliblər.
 
BAKU.WS-in məlumatına görə, Dubay Əmirliyinin Mühafizə Xidmətinin rəhbəri olan Məhəmməd bin Rəşid Qadir öz dostları ilə bu dəfə Hacıqabula yollanıb. Azərbaycana tez-tez ov üçün gələn şeyxlər bu dəfə də əyləncələrindən qalmayıblar. Dostları ilə ölkəmizdə maraqlı vaxt keçirən Mohd Rashed Bin Ghadayer bu barədə öz Instagram hesabından fotolar paylaşıb.
 
Azərbaycana ova gələn zəngin ərəblər ovladıqları duşları daha sonra elə oradaca bişirib yeyiblər. Böyük süfrə açan zəngin ərəb şeyxləri Azərbaycanda ov keyfi ediblər. 
 
Mühafizə Xidmətinin rəhbəri Məhəmməd bin Rəşid Qadirin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla çox yaxın dostluq əlaqələri var. O, nazirin oğlu Nicatın bu il fevralın 28-də keçirilən toy məclisində də iştirak edib. 

Qeyd edək ki, ərəb şeyxləri Azərbaycan xüsusilə ov etmək üçün üz tuturlar. VİP turizm xidmətlərindən yararlanan şeyxlər ölkəmizdə külli miqdarda pul xərcləyirlər. Bahalı villalarda qalan, lüks avtomobillər icarəyə götürən şeyxlər hətta helikopterlə səyahət edirlər.  
 
Şahin Həbibov
BAKU.WS