SİZİN REKLAM BURADA!
055 213 76 73


  
Ərəb şeyxləri yenidən Azərbaycanda olub.
 
BAKU.WS-in məlumatına görə, Dubay şeyxi Mohd Rashed Bin Ghadayer öz dostları ilə bu dəfə Qəbələyə yollanıb. Azərbaycana tez-tez ov üçün gələn şeyxlər bu dəfə Qəbələdə xizək sürüblər.
 
Dostları ilə ölkəmizdə əyləncəli vaxt keçirən Mohd Rashed Bin Ghadayer bu barədə öz Instagram hesabından fotolar paylaşıb.
 
Qeyd edək ki, ərəb şeyxləri Azərbaycan xüsusilə ov etmək üçün üz tuturlar. VİP turizm xidmətlərindən yararlanan şeyxlər ölkəmizdə külli miqdarda pul xərcləyirlər. Bahalı villalarda qalan, lüks avtomobillər icarəyə götürən şeyxlər hətta helikopterlə səyahət edirlər.  
 
BAKU.WS