SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünya liderləri adətən zirehli, lüks, dəbdəbəli maşınlara üstünlük verir. 
 
BAKU.WS-in məlumatına görə, hələ XX əsrdə yaşayan Vladimir Lenin zirehli "Rolls Royce"dan istifadə edirdi. Onun qarajında "Renault", "Delanay Billville" və "Turket Mery" markalı avtomobillər də olub. 
 

 

SSRİ rəhbəri olmuş Stalin isə "ZİS-115" zirehli avtomobilindən istifadə edib. Mümkün sui-qəsddən özünü qorumaq üçün Stalin məhz bu model avtomobillə səyahət edirdi. Avtomonil Stalin adına avtomobil zavodunda istehsal olunub. 
 

 

Rusiyanın dünyanın diqqətindən prezidenti Vladimir Putin zirehli "Mercedes Benz S" maşınının xidmətindən yararlanır. 
 

 

ABŞ prezidenti Barak Obama isə "Cadillac"dan yararlanır. Obamanın zirehli limuzini iki milyon dollar dəyərindədir. "Cadillac" tərəfindən məxsusi olaraq ABŞ prezidenti üçün istehsal olunmuş avtomobil öz nəslinin digər nümayəndələrindən xeyli seçilir. 
 

 

Böyük Britaniya baş naziri Devid Kameron "Bentley State Limousines" avtomobilindən istifadə edir. 400 at gücündə olan avtomobilin maksimal sürəti 210 km/saatdır. 
 

 

Almaniya kansleri Angela Merkel isə Audi A8 avtomobilinin xidmətindən yararlanır. Merkelin avtomobilin qiyməti nə az, nə çox düz 150 min avrodur.
 

 

Çeçenistan Respublikasının lideri Ramzan Kadırov "Rolls Royce"dan istifadə edir. Çeçen liderin avtomobilinin qiyməti təxminən 300 min dollar civarındadır. 
 

 

Yaponiyanın imperatoru Akaxitonun limuzini "Toyota century" modelidir. Avtomobil xarici görünüşünə görə ABŞ istehsallı avtomobilləri xatırladır. 

 

Azərbaycan prezidenti İlham Əliyev "Maybach 62" model zirehli limuzindən istifadə edir. Avtomobilin qiyməti təxminən 380-400 min dollar civarındadır.

 

BAKU.WS