SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub küləyi 8-13 m/s təşkil edəcək. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu  Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 9-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dumanlı, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti,  dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
 
BAKU.WS