SİZİN REKLAM BURADA!
055 213 76 73


 
6 il əvvəl başlanan məhkəmə nəhayət aparıcı və idman müxbiri Erin Endryusun qalibiyyəti ilə başa çatıb. 

BAKU.WS Rusiya mətbuatına istinadən məlumat verir ki, aparıcı 6 il əvvəl qaldığı oteldə çılpaq halda videosu çəkilərək internetdə yayıldığı üçün məhkəməyə müraciət edib. 6 il davam edən məhkəmə nəhayət ki, Erin Endryusun xeyrinə qərar çıxarıb. Belə ki, aparıcı 55 milyon dollar dəyərində təzminat alacaq.
 
Bundan başqa aparıcının gizlin videosunu çəkərək internetdə yayan Maykl Devid Berret 55 milyon təzminat ödəməklə yanaşı 2 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda aparıcının qaldığı otel də cərimələnib.
 
BAKU.WS