SİZİN REKLAM BURADA!
055 213 76 73


 
20 yaşlı Özgecan Aslan adlı türk tələbə qızı zorlayaraq öldürən Ahmet Suphi Altındökənin ölüm xəbəri yayılıb.
 
BAKU.WS məlumat verir ki, qatilin bu gün səhər saatlarında həbsxanada öldüyü deyilir. Ahmet Suphi Altındökənin ölümünün səbəbləri hələ dəqiqləşməyib.
 
Qeyd edək ki, bundan əvvəl də bir neçə dəfə Özgecanın qatilinin öldüyü haqda xəbərlər yayılmışdı. Lakin sonradan iddialar təkzib edilmişdi. 
 
Xatırladaq ki, Özgecan Aslan ötən il fevral ayında mindiyi avtobusun sürücü və sürücünün yaxınları tərəfindən zorlanaraq öldürülmüşdü. Qatillər tələbə qızı öldürdükdən sonra cəsədini yandırılmışdı. Bu cinayət təkcə Türkiyədə deyil bir çox ölkələrdə əks-səda doğurdu. Məhkəmə qərarı ilə gənc qızın qatillərindən biri 27, digəri isə 24 il müddətinə azadlıqdan məhrum edildi. 
 
BAKU.WS