SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Fevralın 7-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
 
BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumat verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə, gündüz 5-7 dərəcə, Bakıda gecə 3-5 dərəcə, gündüz 5-7 dərəcə isti olacaq.
 
Fevralın 7-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-6 dərəcə, gündüz 6-10 dərəcə, dağlarda gecə və gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.