SİZİN REKLAM BURADA!
055 213 76 73


2 gün əvvəl Bilgəh çimərliyində 3 nəfərin dənizdə boğularaq ölməsi barədə məlumat yayılmışdı.

BAKU.WS
“publika.az”a istinadla xəbər verir ki, paytaxt sakinləri, 1996-cı il təvəllüdlü Şamxal Ağayev, 1996-cı il təvəllüdlü Asiman Cavadov və 1985-ci il təvəllüdlü Samir Bağırov dənizdə boğulub və onların meyitləri sudan çıxarılaraq ailələrinə təhvil verilib.

Bildirilir ki, hadisə vaxtı Samir dostunu xilas etməyə çalışıb və o da suda boğulub. Özəl şirkətlərdən birində çalışan Samirin bəzi fotolarını təqdim edirik.

Faktla bağlı Sabunçu prokurorluğunda araşdırma aparılır.
BAKU.WS
QALEREYA