SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yanvarın 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-10, Bakıda gecə 5-7 isti, gündüz 8-10 dərəcə isti olacaq.
 
Yanvarın 20-də Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu Aran rayonlarında gecə 1-6 isti, gündüz 8-13 isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 2-7 şaxta, gündüz 3-6 isti olacağı gözlənilir. 
 
BAKU.WS