Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bakıda Pir Həsən ziyarətgahına gedib.

BAKU.WS-in məlumatına görə, Mehriban Əliyeva sosial şəbəkədə Azərbaycan xalqına Ramazan ayı münasibətilə xoş arzularını çatdırıb:

"İnsanların qəlbini nurlandıran, onları birliyə, sülh və əmin-amanlığa, əxlaqi saflığa, xeyirxah əməllərə dəvət edən mübarək Ramazan günlərində xoş niyyətlərinizlə həmrəy olduğumu bildirir, bütün dua və diləklərinizin Tanrı tərəfindən eşidilib qəbul olunmasını arzu edirəm".

BAKU.WS


QALEREYA