SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Çoxuşaqlı ana olan Marina Vovçenko qısa müddətdə İnstaqram-ın ulduzuna çevrilib. 
 
BAKU.WS məlumat verir ki, 34 yaşlı Marina, yoqa ilə məşğul olur. Onu məşhurlaşdıran da yoqa edərkən çəkdirdiyi fotolardır. Çoxuşaqlı ana hesab olunan Marina, ideal bədən qurluşu ilə diqqət çəkib. Yoqa edərkən çəkilən fotolarına isə münasibətlər fərqlidir. Marina bildirib ki, İnstaqram izləyiciləri onu ana olduğu üçün çılpaq fotolar çəkdirdiyinə görə qınayır:
 
"Mənə çox sual verirlər ki, "Niyə ancaq çılpaq halda yoqa edirsən, şəkil çəkdirirsən?" Düşünürəm ki, əgər bir qadının ideal bədən qurluşu varsa, o, bunu nümayiş etdirməkdən çəkinməməlidir. Mən öz bədənimi çox sevirəm və çılpaq halda yoqa etməkdən zövq alıram. Həyat yoldaşımın müdaxilə etməsi ilə də bağlı suallar da ünvanlayırlar. Niyə də müdaxilə etməlidir? Biz bir-birimizi başa düşürük və olduğumuz kimi qəbul etmişik. Bundan əlavə, mən müstəqil insanam, qadınam deyə kölə olmalı deyiləm. Ailəm mənə həmişə dəstək olub. Onlar məni belə sevir".
 
Marina qeyd edib ki, qadınlar üçün seminarlar təşkil edir, onlara yoqa dərsləri keçir:
 
"İstəyirəm bütün qadınlar öz bədənlərini sevsinlər, ona baxmaqdan, nümayiş etdirməkdən çəkinməsinlər, əksinə zövq alsınlar".
 
Ayşən Ayxan 
BAKU.WS