Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.

Ötən günlə müqayisədə havanın temperaturu kəskin 10 dərəcə aşağı enəcək.

Respublikanın rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın 17-dən 18-ə keçən gecə respublikanın rayonlarında yolların buz bağlama ehtimalı var.

Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu 0-2 dərəcə isti olacaq.

BAKU.WS