SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava ilə bağlı xəbərdarlıq yayıb. 
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında dekabrın 14-15-də hava şəraitinin kəskin dəyişəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi, bəzi yerlərdə arabir intensivləşəcəyi, dekabrın 14-də axşam, 15-də çovğun olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə  aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında dekabrın 14-15-də hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək. Yollar buz bağlayacaq.
 
BAKU.WS