055 213 76 73
Azərbaycanda minlərlə insan arasında keçirlən “Pepsi Taste Challenge” adlı Dad Yarışması əhalinin hansı içkiyə üstünlük verdiyini müəyyən edib.
BAKU.WS xəbər verir ki, “Pepsi” şirkətinin bu yay keçirdiyi “Pepsi Taste Challenge” dad yarışması nəticəsində insanlara təqdim olunan iki fərqli kola içkisi arasından, onlara öz sevdikləri içkini test edərək müəyyənləşdiriblər. Yarışmanın nəticələrinə əsasən, ən sevilən içki məhz “Pepsi” içkisi olub.
Sorğunun qaydalarına əsasən, iştirakçılara iki kola içkisi təqdim olunub və onlar brendlərin adlarını bilmədən (blind test) bu iki içki arasından sevdikləri içkini dadaraq təyin ediblər.
Cari ilin 27 iyulundan 9 sentyabr tarixlərində ölkəmizdə ilk dəfə olaraq keçirilmiş “Pepsi Challenge” dad yarışması “Pepsi” içkisinin unudulmaz və retro dadının ölkə üzrə insanlar arasında seçilən və daha da çox üstünlük verilən bir dad olduğunu bir daha sübut edib.
“Pepsi Taste Challenge” bir çox Avropa və MDB ölkələrində keçirilən çox məşhur və həm də uğurlu bir yarışmadır. Bu Dad yarışması 2018-ci ildə Azərbaycandada minlərlə insanı əhatə edib. Keçirilən dad testinin nəticələri sübut edib ki, Azərbaycan əhalisinin ən sevimli içkisi məhz “Pepsi” içkisidir.