SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda "Qışın ən gözəl qızı" nominasiyasında qalibin adı məlum olub. 

BAKU.WS xəbər verir ki, "Best Of The Best Models Production" tərəfindən təşkil edilən "Miss & Mister Golden Brand Azerbaijan 2019" milli seçim turunun nəticələrinə əsasən Günay Rüstəmli "Qışın ən gözəl qızı" adına layiq görülüb. 

Təşkilatçıların bildirdiyinə görə, qaliblər Gürcüstanda 15 ölkə arasında 2 otaqlı mənzil uğrunda mübarizə aparacaq.

Bununla yanaşı, qaliblər titul və sponsorlar tərəfindən mükafatlandırılır.

Abbas
BAKU.WS