SİZİN REKLAM BURADA!
055 213 76 73



10 ildir Azərbaycanda evli olan 26 yaşlı G.Daşdəmirova Türkiyədə dini kəbinlə ərə gedib. 

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı Türkiyə vətəndaşı İsmayıl Doğan həyat yoldaşının 10 illik evli olduğunu evləndikdən iki ay sonra öyrənib.

Doğanın iddiasına görə, evləndikləri gündən sonra Daşdəmirova tez-tez müxtəlif səbəblərlə ondan pul tələb edib. Doğan rəsmi nikah istədikdə isə, azərbaycanlı qadın xəstəlik bəhanəsi ilə onu tərk edib.

Türkiyə vətəndaşı Daşdəmirovaya müxtəlif səbəblərlə indiyə qədər 60 min TL ödədiyini iddia edir və bununla bağlı Cumhuriyyət Prokurorluğuna müraciət edib.

BAKU.WS