SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

 

Azərbaycanlı ikinci kurs tələbəsi ilk dəfə BMW avtomobilinin modelini tamtəraqlı şəkildə təqdim edib. 
 
BAKU.WS-in məlumatına görə, əsasən təbiət şəkilləri çəkməyi sevən Soltan İbrahim yeni layihəsi ilə hər kəsin diqqətini çəkməyi bacarıb. Soltanın şəkilə olan marağı atası ilə bağlıdır.
 
Onun atası daha əvvəl fotoqraf sənəti ilə məşğul olub. Məhz buna görə Soltan atasının təcrübəsindən xeyli faydalanıb. Videoqraf deyir ki, bu layihələrini qazanc əldə etmək üçün hazırlamayıb. Gənc oğlanın yaradıcılıq fəaliyyətini davam etdirməsinin məqsədi daha uğurlu işlər ortaya qoymaqdır. 
 
"Videoçarxları mən bu yaxınlarda hazırlamağa başlamışam. Düşünürəm ki, bu işlərim peşəkar səviyyədə olmasa belə, tamaşaçılar və mənim abunəçilərim üçün maraqlıdır. Mənə elə gəlir ki, özümü yeni sənətə başlayan videoqraf adlandıra bilərəm", - deyə Soltan söyləyib. 

Qeyd edək ki, erotik və açıq-saçıq fotosessiyalar və videoçarxlar geniş tamaşaçı üçün həmişə maraqlı olub. Bu cür şəkil və videolara gələn bəyənmələrə paxıllıq etməmək mümkün deyil. 

F.M
BAKU.WS