Bir müddət əvvəl kişi jurnalı olan "Playboy" artıq çılpaq qadın fotolarını yayımlamayacağı ilə bağlı rəsmi açıqlama vermişdi. 

BAKU.WS məlumat verir ki, artıq mart ayından etibarən jurnal yeni formatda nəşr olunacaq, çılpaq qadın fotoları yayımlamayacaq. Bu səbəblə bu ilin sonuncu nəşrini Pamela Andersonla bitirmək qərarına gəliblər. 48 yaşlı aktrisa kamera qarşısına keçərək jurnal üçün müxtəlif pozalarda fotosessiya etdirib. Aktrisa bildirib ki, jurnalın direktoru sonuncu yayımda onu görmək istədiklərini deyib:

"Hyu Hefner mənə zəng vurub dedi ki, "jurnalın sonuncu çılpaq fotolarının sənin olmasını istərdinmi?". Mən də tərəddüd etmədən razılaşdım".
 
BAKU.WS