BAKU.WS günün ulduz falını təqdim edir:

Qoç - Gün gərginlik vəd edir. Səbrli olun, sizi maraqlandıran prosesi sürətləndirmək üçün müdaxilələrdən çəkinin. Günün ikinci yarısında anlaşılmazlığı yoluna qoymağa çalışın. Alınacaq.

Buğa - Xəyalpərəstlikdən uzaq olun, realist olmaq lazımdır. Yaxınlarınızla dil tapın. Səhvləriniz sizi onlardan uzaqlaşdıra bilər.

Əkizlər - Günü boş söz-söhbətlərlə məşğul etməyin, işinizə ciddi yanaşın. Ailə qayğıları, məişət problemləri, tələbat və zərurətlər, yaxınlarınızla qarşılıqlı münasibətləri də önə çıxarın.

Xərçəng - Gün ərzində qəfil, gözlənilməz hadisələr baş verə bilər. Qonşular, həmkarlar, qohumlar arasında bir və ya bir neçə şəxsin qəribə davranışları istisna deyil. Alınan məlumatları kritik təhlilə uğradın. Əks təqdirdə məlumatları tərsinə anlaya bilərsiniz.

Şir - Emosional durumunuz qarşınıza qoyduğunuz məqsədə çatmağa maneələr yarada bilər. Təmkinli olun. Maliyyə problemlərinin həllinə, mübadiləyə həddən ziyadə vaxt ayırmayın. Banklardan kredit götürməyin. Alış-verişdə yalnız zəruri məhsulları və ya əşyanı alın.

Qız - Bu gün davranışınıza maksimum diqqət verin. Münasibətlərinizi riskə atmayın. Xasiyyətinizin ən pis yönlərini nümayiş etdirərək sizdən narazı insanların sayını artırmayın.

Tərəzi - Bu gün bacarığınızı nümayiş etdirə bilərsiz. Kiçik tapşırıqları yerinə yetirməklə də uğur qazana bilərsiniz. Münasibətlərdə qarışıqlıq yarana bilər. Yaxın insanlara yardım edin. Bu sizi daha da sevdirəcək.

Əqrəb - Məhsuldar gündür. İndi gördüyünüz işlərin nəticəsini tezliklə görəcəksiz. İstənilən təklifi diqqətlə nəzərdən keçirin. Şans sizinlədir, münasibətlərdəki çətinlikləri aradan qaldırın.

Oxatan - Maraqlı gündür. Bütün şanslardan yararlana bilməsəniz də, əlinizə əlverişli imkanlar düşəcək. İnsanlarla ünsiyyət istədiyiniz kimi alınmasa da, sönük deyil.

Oğlaq - Əlverişli gündür. Çətinliklərdən çıxış yolu axtararkən təcrübənizdən yararlanın. Günün ikinci yarısında dincəlməyə üstünlük verin.

Dolça - Diqqət tələb edən gündür. Günün ikinci yarısında işgüzar əlaqələr və təmaslar ciddi rol oynayacaq. İşlərinizi yüksək keyfiyyətlə görmək istəyirsinizsə, yardımçıların dəstəyindən yararlanın.

Balıqlar - Düşündüklərinizi reallaşdırmaq üçün elə də əlverişli gün deyil. Gözləyin. İşgüzar əlaqələrlə şəxsi münasibətləri qarışdırmayın. Qarşılıqlı iradlar durumu xeyli çətinləşdirə bilər.

BAKU.WS