SİZİN REKLAM BURADA!
055 213 76 73



Hazırda bütün dünyada, o cümlədən regionumuzda əhaliyə mal əti əvəzinə at, uzunqulaq əti satıldığı faktları qeydə alınıb.

Xüsusilə qlobal iqtisadi böhrandan sonra bütün dünyada qırmızı ətin qiymətinin artmasından sonra, mal əti adı altında at və eşşək ətini bazara çıxaran qəssabların sayı artıb. Bəs bu problemdən çıxış yolu nədir? Ən asan yolu at və eşşək ətini müəyyənləşdirmək bacarığına malik olmaqdaır. Mal və ya qoyun ətini fərqləndirməyin ən yaxşı üsullarını diqqətinizə çatdırırıq.

1. Dana əti daha qırmızı rəngdə olur. Yalnız rəngləri müqayisə etməklə hansısa ətin at və uzunqulağa, hətta qatıra məxsus olmasını və ya dana əti olub- olmadığını müəyyən etmək olar.

2. Atların, qatırların və uzunulaqların yük üçün, nəqliyyat üçün istifadə olunması, hətta minik heyvanları olması səbəbindən onlarda əzələlər daha çox olur. Bu əzələlərin çoxluğu səbəbindən bu heyvanların ətləri çox bərk olur və çox çətin çeynənir. Əgər ət istehlak edərkən çeynəməkdə çətinlik çəkirsinizsə, bunun səbəbi at və ya eşşək ətini yediyiniz ola bilər.

3. At və eşşək ətindəki yağlı təbəqə dana ətindən daha sarı olur. Bildiyiniz kimi, normal dana ətinin üzərində olan yağlar ağ rəngdədir. (Bizimyol.info)

BAKU.WS