SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycan torpaqlarını işğal etməklə kifayətlənməyən ermənilər mədəniyyəti də mənimsəyirlər. Milli musiqilərimizi, muğamları oğurlayan ermənilər bu dəfə də meyxanaya girişiblər.


BAKU.WS-in məlumatına görə, bu dəfə ermənilər Bakının folklor nümunəsi olan meyxananı oğurlayıblar. Manvel Paşayan adlı erməninin meyxana deməsi bəs deyil kimi bunun ermənilərə məxsus olduğunu deməsi böyük səs-küyə səbəb olub. 


Məsələ ilə bağlı meyxana ustadı Hacı Mehman Əhmədli BAKU.WS-ə açıqlamasında bildirdi ki, Manvel Paşayan meyxana oxumaqla böyük qələt edib.

"Ermənilərin meyxana deməsi gülməlidir. Çünki bu Azərbaycan şifahi xalq ədəbiyyatı növüdür. Dünyada bir neçə yerdə hansı ki, əruz növü var, orada bədahətən demək qabiliyyəti olur. Ərəb, fars və bir neçə xalq var ki, onlarda bədahətən söz demək, sözü musiqiyə salmaq qabiliyyəti var. Lakin meyxana ancaq Azərbaycan xalqına məxsusdur. Ermənilərdə isə ümumiyyətlə əruz vəzni yoxdur. Demək erməni xalqının bədahətən söz deməyə qabiliyyəti, bünövrəsi yoxdur. Meyxana Azərbaycanındır və həmişə də belə olacaq”, - deyə Mehman Əhmədli bildirib.

Meyxana ustadı deyir ki, ermənilər bu hərəkətlərlə yenə də bizdə qıcıq yaratmaq istəyir: "Birinci növbədə mən utanaram onunla meyxana deməyə. İkincisi də, deməyə qalsa, meyxanamla onu danışmağa imkan vermərəm. Meyxananın içində elə sözlər deyərəm, elə söyüşlər işlədərəm ki, Paşayanı məhv edərəm. Onda əbəd-əjdad qoymaram. Paşayan ancaq qulaq asar. Həmişə söyüşlü meyxanalardan qaçmışam, amma Paşayanla deyişməli olsam, bildiyim ən ağır söyüş və təhqirləri işlədərəm”.

Mehman Əhmədli deyir ki, Mailvel Paşayan meyxanaya iddia etməkdənsə birinci növbədə öz soy-kökünü dəqiq araşdırsın: "Bir də ki, Paşayan əvvəlcə öz soy-kökünə nəzər yetirsin. Soyadına diqqət yetirsin. Paşa sözünün ermənilərə yox, məhz Azərbaycan xalqına mənsub olduğunu öyrənsin. Ola bilər ki, meyxanaya meyilli olması qanında Türk qanının olmasına işarədir. Ola bilər ki, hansısa Türk Paşayanın anasının qonağı olub. Paşayan – birbaşa yan”.

Məsələ ilə bağlı söz ustadı Namiq Məna BAKU.WS-ə açıqlamasında bildirdi ki, meyxananın birbaşa Azərbaycana aid olduğunu sübut edən sənədlər var: "Bədahətən söz demək Azərbaycan janrıdır, Azərbaycan ədəbiyyatına məxsusdur. Bədahətən söz deməyi ermənilərə şamil etmək çox gülməlidir. Bu Azərbaycan şifahi xalq ədəbiyyatının bir qoludur. Bu barədə yetəri qədər faktlar var. Keçmişdə mədrəsələrdə söz məclisləri təşkil olunardı. Bir-birilərilə bədahətən söz deyib yarışırdılar”.


Namiq Məna deyir ki, meyxananın Azərbaycan ədəbiyyatına aid olduğunu bütün dünyada bilirlər. Onun sözlərinə görə, meyxananı sevmək olar, lakin onu özəlləşdirmək ayıbdır: "Mən bir sıra xarici dövlətlərdə qostrol səfərlərində olmuşam. Bəzən deyirlər ki. ona məxsus janrlar var. Amma mən buna rast gəlməmişəm. Meyxanaya oxşar janrlar var. Rep s. musiqili söz demələr var. Lakin onlar da bunu bədahətən demirlər. Sırf bədahətən demək insan şüurunun inkişaf etməsi deməkdir. Meyxana qürur duyası janrdır. İnsanın ağlı, zehni çox güclü olmalıdır. Bizim Nizami Gəncəvimiz, Nəsimimiz, Füzulimiz, Seyid Əzimimiz, Sabirimiz və s. sənətkarlarımız olub. Ermənilərin bizim sənətkarlarımızın qarşısında ağzını açmağa imkanı olmaz”.

Ziya Səccad
BAKU.WS