SİZİN REKLAM BURADA!
055 213 76 73



Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın.

Qoç - Fəaliyyətinizdə passivlik mümkündür. Bunun səbəbini başqalarının ayağına yazmaqdansa, öz səhvlərinizi realizə edin. Sizə dəstək və məsləhət verən adamlara arxa çevirməyin.

Buğa – Astroloji göstəricilər sevindirici xəbər eşidəcəyinizi bildirir. Ola bilsin ki, ürəyinizcə olan təklif də alasınız. Belə məqamlarda tərəddüd etməkdənsə, qəti qərar çıxarın.

Əkizlər – Dünəndən Ay bürcünüzə girdiyindən qarşınızda duran vəzifələri həll etmək üçün şansınız azdır. Gərgin ab-hava, daxili süstlük və səhhətinizdəki problemlər sizə mane ola bilər.

Xərçəng - Təxminən saat 14-ə qədər ümumi ovqatınız qənaətbəxş olacaq. Əzmkarlığınızı artırsanız, hətta şəxsi büdcənizdə artım da labüddür. Nahardan sonra isə mübahisəyə cəlb oluna bilərsiniz.

Şir - Bürcünüzün ən ideal günlərinin startı məhz bu təqvimdən etibarən veriləcək. Narahatçılığınıza o qədər də ehtiyac yoxdur. İştirakçısı olduğunuz hər bir sövdələşmə uğurla nəticələnəcək.

Qız – Qərarlarınızda qəti olsanız, ulduzlar sizə "hə" deyəcək. Yaxın günlər üçün nəzərdə tutduğunuz planları həyata keçirməkdə dostlarınızın dəstəyindən bəhrələnməyiniz vacibdir.

Tərəzi - Qarşınızda aprel ayının ən əlamətdar təqvimi dayanmaqdadır. Amma gərək səhhətinizə fikir verəsiniz. Maraqlarınız xatirinə əzmkarlığınızı artırın və ətrafda özünüzə rəğbət qazanın.

Əqrəb - Olduqca romantik bir gün yaşaya bilərsiniz. Sadəcə olaraq, bunun üçün mövcud məişət problemlərini unudub daha bəşəri ideyalara söykənməlisiniz. Müəyyən miqdarda qazanc da mümkündür.

Oxatan – Bazar günü olduğunu nəzərə alıb əsas vaxtınızı istirahətə yönəldin. Çünki bu gün hansısa ciddi cəhdinizin reallaşma ehtimalı yoxdur. Günün ikinci yarısında mübahisələrdən yayının.

Oğlaq - Ümumi çalarlarına görə bu təqvim mənfi müstəviyə daha yaxındır. Bütün görüş və müzakirələri, ciddi planları təxirə salmağınız məsləhətdir. Saat 15-16 arası aldanma ehtimalınız da var.

Dolça - Maddi problemləriniz olsa da, fəaliyyətinizlə bağlı müsbət nüanslar olacaq. Aldığınız hər bir təklifi razılıqla qarşılayın. Sevdiyiniz adamlara qarşı ittiham irəli sürməyin.

Balıqlar - Günün ümumi mənzərəsi gərginliklə müşahidə olunacaq. Amma xırdaçılığa meyl etməsəniz, eləcə də ölçülü-biçili danışsanız, bəlkə də gözlənilən sıxıntılardan qurtula bilərsiniz.

Rəşad Əliyev
BAKU.WS