SİZİN REKLAM BURADA!
055 213 76 73



6 ay müddətində kosmosda yaşamalı olmuş rusiyalı astronaft Sergey Lazutkin Türkiyədə təşkil olunmuş bir seminarda jurnalistlərin suallarını cavablandırarkən çox maraqlı açıqlamalar verib.


BAKU.WS Bizimyolinfo.com kosmonavtların Yerdənkənar məişət həyatı haqqında maraqlı məlumatları təqdim edir.

“Mən mühəndisəm, kosmosda işimin adı bu idi. Yerdən kənarda əsasən yeməklərimiz üün darıxacağımı düşünürdüm. Lakin astronavtlara verilən yeməklər də ləzzətli olur. Sümüklərimiz və əzələlərimiz zəifləməsin deyə gün içərisində iki dəfə idman etməyə məcbur idik. Lakin idman alətlərinə özümüzü bağlamalı olurduq ki, havada uçmayaq. Kosmosda su kapsulalara yerləşdirilir və kapsuladan buraxılan kimi su damlaları şəklində havada uçuşur. Buna görə duş alarkən havada uçuşan su damlalarını əlimizlə toplayıb bədənimizə sürtməli olurduq. Tualetə gedərkən də özümüzü unitaza bağlamalı olurduq. Kosmosda unitaza axıdılan çirkab suyu xüsusi qurğularla təmizləyib təkrar istifadə edirdik”,- deyə kosmonavt bildirib.

Kosmosda keçən 6 aylıq həyatdan sonra Yerdə uyğunlaşmaq çətinlik törədir. “İlk günlər cazibə qüvvəsinin təsiri ilə ürəyim bulanır və qusurdum. Buna görə jurnalistlərin suallarını cavablandıracaq halım da qalmırdı”,- deyə o əlavə edib.

– Kosmonavt olmaq istəyən gənclər nə etməlidirlər?

– Kosmonavt olmaq istəyən insan öncə psixoloi cəhətdən çox dözümlü olmaldır, səbrli olmalıdır, hadisələri olduğu kimi qəbul etməyi və soyuqqanlı yanaşmağı öyrənməlidir. Öncə Yer kürəsinə səyahət edib Yeri yaxşıca öyrənmək lazımdır. Sonra astronavtlara həyatda qala bilmək üçün laızm olan bütün vərdişlər bir bir öyrədilir. Təyyarə sürmək, paraşütlə tullanmaq, üzmək, balıq tutmaq, su altında qala bilmək, müxtəlif iqlim şəraitlərinə uyğunlaşmaq öyrədilir. 2 il bu sınaqlara dözdükdən sonra uçuş testlərinə icazə verilir.

Qeyd edək ki, 61 yaşlı Lazutkin 1997-ci ildə kosmik səfərə çıxıb. “Mir” kosmik stansiyasında baş vermiş qəzada qəhrəmancasına fəaliyyət göstərərək missiyanı xilas etməyi bacarmışdı.

BAKU.WS