SİZİN REKLAM BURADA!
055 213 76 73



Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişinin bayram günlərində xüsusi buraxılışı yayımlanıb.


Amil Xəlil ilk öncə bayram münasibəti ilə hər kəsi təbrik edib. Bu buraxılışda heç bir problemdən, heç bir reydlərdən danışılmayacağını, sadəcə qardaş ölkə Özbəkistanın adətlərindən söz açacağını qeyd edib. Ən maraqlı məqam isə aparıcının tərcüməçini verilişdən kənarlaşdırması olub.

Bu barədə Amil Xəlil sosial şəbəkədə məlumat verib: "Bir məqamı qeyd edim ki, çəkiliş vaxtı tərcümədən imtina etdim. Qeyd eldim ki, tərcüməyə ehtiyac yoxdur. Bəzən özbək gəlini bizə Azərbaycanca məlumat verirdi".

Digər maraqlı məqam isə özbək qardaşlarımızın bayramda bizdən fərqli olaraq bəzi adətlərin olmamasıdır. Məsələn, papaq atmaq, qapı busmaq, odun qalamaq və sair.

Verilişin tam versiyasını sizə təqdim edirik.

BAKU.WS