SİZİN REKLAM BURADA!
055 213 76 73



Space Tv-nin "Olar? Olmaz!" verilişi bu dəfə də Tibb kursları ilə bağlı araşdırma edib.

Araşdırmaçı jurnalist və aparıcı Amil Xəlil 3 ay ərzində tibb bacıları yetişdirən kurlara baş çəkib. Hətta "mamaginikoloq" yetişdirən kursların da fəaliyyət göstərdiyi verilişdə qeyd edilib.

Maraqlı məqam ondan ibarətdir ki, mariflənmə adı altında xidmət göstərən kursların tələbələri özəl klinikalarda çalışır. Verilişə müraciət edən tamaşaçı da bir necə ay əvvəl "tibb bacısı"nın az qala qurbanına çevriləcəyini bildirib.

Bu ciddi məsələni araşdıran aparıcı üz tutduğu kurslarda tibbi dərslərin keçirildiyinin əyani olaraq şahidi olub. Kimisi marifləndirməklə məşğul olduqlarını qeyd etsə də Amil Xəlilin telefon zəngi ilə şəbəkələşmiş tibbi kursun etirafı məsələyə nöqtə qoydu.

Verilişdən maraqlı anları sizə təqdim edirik. Xatırladaq ki, veriliş son zamanlar böyük marağa səbəb olub. Reytinglər barədə aparıcı şəxsi instagram səhfəsində görüntü paylaşıb.

BAKU.WS