SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ-ın Harvard Universitetinin bir qrup mütəxəssisi elektron idarə olunan süni göz yaradıb.

BAKU.WS Trend-ə istinadən məlumat verir ki, süni göz kvadrat metalinza, polimer və elektrodlardan ibarət süni əzələdən ibarətdir.

Qeyd olunur ki, süni göz insan gözünün işləmə prinsipi əsasında işləyir. Linzanın sıxılması və açılması nəticəsində fokus yönəlir və göz obyektləri ayırd edə bilir.

Süni göz astiqmatizm kimi görmə çatışmazlıqlarını korrektə etmək qabiliyyətindədir. Alimlərin fikincə, bu cür gözlər təkcə oftalmologiyada yox, həmçinin, mikroskoplarda və virtual reallıq gözlüklərində istifadə oluna bilər.

BAKU.WS