SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Sakarya Universitetində təhsil alan tələbələr Afrində əməliyyatlarda iştirak edən əsgərlər üçün dəstək klipi hazırlayıb.

BAKU.WS-in məlumatına görə, 14 Fevral "Sevgililə günü"ndə təqdim edilən videoda təşəkkür və dua məzmunlu dəstək mesajları yer alıb.

Videoda Suriya, İraq, Azərbaycan, Yəmən, Bosniya və Herseqovina, Fələstin, İndoneziya, Əlcəzair, Sudan kimi ölkələrdən tələbələr iştirak edib.

Qeyd edək ki, Türkiyənin ərazi bütövlüyü üçün əməliyyatlarda iştirak edən mehmetçiklər terror təşkilatlarını bölgədən çıxarmaq üçün döyüşlərdə iştirak edir. Hələ də davam edən əməliyyatlarda 1500-dən çox terror təşkilatı zərərsizləşdirilib. Bununla yanaşı, türk ordusu da çox sayda şəhid verib.

Şahin
BAKU.WS