SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan səhiyyəsində daha bir ilk! Artıq ölkəmizdə də dünya səhiyyəsində inkişaf etməkdə olan və beynəlxalq səhiyyə qurumları tərəfindən uzun müddətli sağalmayan yanıq yaraları, çapıqlar, dəri qırışları, dəri sallanmaları, diabetik ayaq yaralarının müalicəsində istifadə olunan regenrativ hüceyrə köçürməsi Modern Hospitalda da tətbiq olunmağa başlanıb.

“Regenerativ hüceyrələrin təbabətin müxtəlif sahələrində tətbiqinə multidissiplinar yanaşma. Gənclik və özünübərpa prosesinin sirri” adı altında Hilton Otelində keçirilmiş konfransla Modern Hospital nəzdində fəaliyyətə başlayan Regenerativ Təbabət bölümünün təqdimatı keçirilib. Konfransda bu sahədə qardaş Türkiyə respublikasında fəaliyyət göstərən, uğurlu əməliyyatlar icra etmiş dünya üzrə tanınmış həkim və professor heyəti iştirak edib. Bunlardan Biotrend Kök Hüceyrə Labarator təsisçisi Salih Mehmet Yıldırım, Karaaltın Sağlık Groupun plastik, rekonstruktif və estetik cərrah Mehmet Veli Karaaltın, Yıldız Teknik Universiteti Biomühəndislik bölümü prof. Adil Allahverdiyev, İstanbul Bağcılar Eğitim ve Araşdırma hastanesi prof. Dr. Mehmet Bozkurt, Kolan Hospital Group ortopediya və travmatologiya bölümü rəhbəri Op. Dr. Hilmi Karadeniz də iştiark edərək öz sahələrinə aid bilgi və təcrübələri tədbir iştirakçıları ilə paylaşıblar.

Modern Hospitalın Regenerativ Təbabət bölümündə bu prosedur kliniki-labarator şəraitində hər bir pasiyentin öz toxumasından (dərialtı piy, dəri və s.) hüceyrə kütləsi alınaraq bu materialdan fərdi olaraq regenerativ cavan hüceyrələr əldə olunub və eyni seansda pasiyentlərə lazım olan defekt aşkarlanan sahələrə geri vurulmaqla icra edilir.

Tədbir çərçivəsində jurnalistlərə müsahibə verən Modern Hospitalın uzman dermatologu Lalə Cahangirova bildirib: “Dünənə qədər bütün dünyada xüsusilə sağalmayan yaralar səbəbi ilə bir çox xəstələr əməliyyata məcbur olurdular. Bu gün tibb elmində inqilab sayılan regenerativ hüceyrələr zərər görmüş hüceyrələrin yerini alaraq bərpa və təmir prosesi nəticəsində bu yaralar qısa müddətdə sağalır. Yaralar, sızanaqlar və hətta yanıqlardan sonra qalan izlərin, ləkələrin və çapıqların belə bərpası məhz bu hüceyrələr vasitəsilə mümkün olur. Bundan əlavə yaşdan asılı olmayaraq gəncliyi qorumaq, fizioloji yaşlanmanın qarşısını almaq üçün bu hüceyrələrdən istifadə etməklə çox effektiv nəticələrə nail olmaq mümkündür”.

Modern Hospitalın Regenerativ təbabət Mərkəzinin laboratoriyasının müdiri Günel Rüstəmova qeyd edib ki, bu klinikada yeni fəaliyyətə başlayan bir bölmədir: “Biz işlərimizi regenerativ tibbin yenilikləri ilə birgə davam etdiririk. Türkiyədə bu sahədə təhsil aldıqdan sonra biz Azərbaycanda da regenerativ tibbin əsasını qurmaq və burada da tətbiq etmək qərarına gəldik. Modern Hospital bu yeniliyə imza atıb. Artıq tibbin bu sahəsi üzrə həm böyüklər, həm də uşaqlar üzərində yanıq, dermatoloji və bir sıra digər əməliyyatlarımız da olub. Son iki-üç ayda əldə etdiyimiz müsbət nəticələrimiz də var və biz bunları yaxın zamanda ictimaiyyətə təqdim edəcəyik”.

Bununla da fəaliyyəti boyunca müasirlik və etibarlılıq prinsipinə sadiq qalan Modern Hospital sadəcə tibbdəki yenilikləri, son nəsil, özünü doğrultmuş müalicə üsullarını öyrənərək tətbiq etməklə yetinmir, eyni zamanda yeniliklərə imza ataraq ölkəmizdə səhiyyə sahəsindəki inkişafın perspektlərini dünyaya göstərir.