SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ prezidenti Donald Trampın Ağ Evdə keçiridiyi bir ilə dair yazdığı "Qəzəb və hirs" adlı kitabla bestseller siyahısının başına oturan jurnalist Maykl Vulf qonaq olduğu TV proqramlarında kitabını diqqətli oxuyanların Trampın bir qadınla nikahdankənar əlaqəsini fərq edə biləcəklərini iddia edib.

Vulf öz çıxışında və kitabında diqqətləri iki ada cəmləyib: Trampın rabitə direktoru Houp Hayks və ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Haley.

Lakin Haley Trampla əlaqəsi olduğu iddialarına sərt qarşılayıb, bu iddia barədə sualı "son dərəcə təcavüzkar və ürəkbulandırıcı" adlandırıb və cavab verməyib.

Vulff Haleyin özünü Trampın xələfi mövqeyinə gətirməyə çalışdığını və prezidentlə baş-başa uzun vaxt keçirdiyini önə sürərkən, BMT nümayəndəsi sonradan bunları söyləyib: "İddialar qətiyyən doğru deyil. Kitabda oval ofisdə prezidentlə siyasi karyeram haqqında çox danışdığımı söyləyir. Mən onunla gələcəyim barədə heç danışmırdım və tək qalmadım".

Tramp administrasiyasının ən sərt çıxışlarını etməsiylə diqqət çəkən Haley qeyd edib ki, bu iddiaları güclü qadınlardan narahat olan cinsiyyətçi kişilərin uydurur. (Musavat.com)

BAKU.WS