SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı, zəif şimal küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə,  havanın temperaturunun gecə  23-26° isti, gündüz  34-39° isti, Bakıda gecə  24-26° isti, gündüz  36-38° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  30-40 % olacaq.  Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,  Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  27-28°, Türkan, Hövsan, Sahil, Şıxda  28-29° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarına gəlincə, avqustun 7-də hava şəraitinin yağmursuz olacağı, zəif şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə  21-26°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz  28-33° isti olacaq. 
 
BAKU.WS